ASCO ailəsinin üzvü Əliheydər İbrahimov 60 illik yubileyini qeyd edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Layihələrin İdarəedilməsi departamentinin Gəmilər üzrə koordinatoru Əliheydər İbrahimov 60 yaşını qeyd edir.
Bu münasibətlə ASCO sədri Rauf Vəliyevin adından İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəisi Sevda Məmmədova yubiliyarı təbrik edib, ona uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Əliheydər İbrahimov qayğıkeş, mehriban, vətənpərvər bir insan olmaqla yanaşı, hər zaman işinə sadiqliyi və məsuliyyətlə yanaşmağıyla fərqlənib.
O, həm də çalışdığı kollektivdə daim ən yüksək insani keyfiyyətləri ilə seçilib. Səmimiyyəti ilə hər zaman ətrafdakı insanların sevgisini və dərin hörmətini qazanıb.
ASCO ailəsi adından bir daha Əliheydər İbrahimovu təbrik edir, mənalı ömür, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.