Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-20,
Seanews
Heyder Eliyev

Kanadanın gəmiqayırma zavodu riskli istehsal mərhələlərini robotlaşdırır

Vankuver şəhərində yerləşən “Seaspan” tərsanəsi gəmiqayırmada ən ağır və təhlükəli mərhələlərdən biri sayılan səth təmizləmə və boyama işlərini robot sistemləri vasitəsilə həyata keçirməyə hazırlaşır.

Şirkət Alberta əyalətində fəaliyyət göstərən “Confined Space Robotics” ilə 1,5 milyon dollarlıq müqavilə imzalayıb. Layihə çərçivəsində yarıavtonom robot platformaları hazırlanacaq və onlar gəmi və sualtı qayıq tikintisi proqramlarında tətbiq ediləcək.

Robot sistemləri pnevmatik iynəli təmizləyicilər, lazerlə örtük təmizləmə qurğuları, pardaqlama avadanlıqları, qumşırnaqlı və boyasəpən sistemlərlə təchiz olunacaq. Xüsusi proqram təminatı robotların dar və yüksək riskli məkanlarda – zəhərli qaz və tozun toplandığı sahələrdə – təhlükəsiz və dəqiq işləməsinə imkan verəcək.

Şirkət rəhbərliyi bildirir ki, məqsəd işçilərin sağlamlıq risklərini azaltmaq, əməliyyatların keyfiyyətini artırmaq və materiallardan daha səmərəli istifadəni təmin etməkdir.

“Seaspan Shipyards” hazırda Kanada Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün gəmilər inşa edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır