• Bakı, 2021-01-20,
Seanews
Heyder Eliyev

Təhsilini yarımçıq qoyub Vətən müharibəsində iştirak edən ADDA tələbəsi 

Zəfər ilə bitən Vətən müharibəsinin qəhrəmanlardan biri də Fərhad Abbasovdur.
 
Fərhad "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının 2018-ci il məzunudur.
Müzəffər Azərbaycan Ordusu əks-hücuma başlayana qədər o, təhsilini ADDA-nın magistratura pilləsində davam etdirirdi. Təhsilini yarımçıq qoyaraq döyüşlərə könüllü olaraq qoşulan Fərhad Abbasov Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Füzulinin işğaldan azad olunmasına görə" və "Cəbrayılın işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.
 
Xidmətini davam etdirən Fərhadı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır