Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

ASCO-da koronavirusla mübarizə çərçivəsində profilaktik tədbirlər davam etdirilir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Sabit Orucov”, “Bakinskaya-3”, “Bakinskaya-5”, “Bakinskaya-6”, “Hövsan”, “Akademik Zərifə Əliyeva”, “Qəhrəman Hacıyev”, “Qaradağ”, “Orion-3”, “Orion-20”, “Abşeron-14”, “Çalqan-4”, “Çalqan-10”, “Şimal-1”, “BMK-6795”, “BMK-7219”, “BMK-7648”, “Orion-18” gəmilərində,  Şəmsi Rəhimov və Xudu Məmmədov küçələrində yerləşən yataqxanalarda, Dənizçilik Kollecinin Yataqxanasında, Dəniz Nəqliyyatı Donanmasının inzibati binası, “Zığ” GTTZ-nin yeməkxanası və paltardəyişmə yerlərində, Xəzər Dəniz Neft Donanmasının yeməkxanası və paltardəyişmə yerlərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır