“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
“Dəniz” qəzetinin növbəti – 23 oktyabr 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.
Bu sayda müzəffər ordumuzun işğal altında olan torpaqlarımızın azad edilməsi üçün həyata keçirdiyi Zəfər yürüşündən, haqq savaşımızda dənizçilərin Azərbaycan Silahlı Qüvvələrinə dəstəyindən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Gəncə” tankeri heyətinin İsrailin Hayfa limanında Gəncə şəhərində törədilmiş erməni terroruna kəskin etirazından, Dəniz Agentliyinin Ermənistanın Azərbaycana qarşı cinayət faktları ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına müraciətindən, Xəzər dənizinin limanları arasında rəqabət və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindən, Türkiyənin İstanbul şəhərində keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrupunun iclasında müzakirə olunan məsələlərdən, Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni qəbul olunan tələbələrin təhsil ocağı ilə ilk tanışlığından, koronaviris təhlükəsi ilə bağlı ASCO-nun gəmilərinin mütəmadi dezinfeksiya edilməsindən, hər il təbii fəlakətlərin milyonlarla insanın həyatını alt-üst etməsindən, yaxın gələcəkdə elektrikli nəqliyyat vasitələrinə daha çox üstünlük veriləcəyindən, son on ilin Atlantik okeanı üçün ən isti dövr olmasından, TAP boru kəmərinin inşasının tamamlanmasından, dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.
Daha ətraflı BURADAN oxuya bilərsiniz.