"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib
Dənizçilərin təmsilçisi "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Seanews.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" Elgün Nəbiyevin keçidini həll edib.
24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020/2021 mövsümünün sonunadəkdir.
Nəbiyevin son klubu "Sabah" olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır