• Bakı, 2020-10-01,
Seanews
Heyder Eliyev

ASCO-da mütəmadi dezinfeksiya işləri aparılır

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Həsən Əliyev”, “Cəlil Məmmədquluzadə”, “Qarabağ”, “Mikayıl Müşfiq”, “Cənub-19”, “Orion-3”, “Hövsan-5”, “Alı Mustafayev”, “Atlet-5”, “İslam Kərimov”, “Cəmil Niftəliyev”, “Cənub-21”, “Abşeron-18”, “Abşeron-21”, “Qaradağ-8”, “Orion-17”, “Zərdab-3”, “Abşeronskaya-6”, “MPK-460”, “Andoqa” gəmilərində və 639 saylı üzən emalatxana aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır