Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  28 fevral 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda getdikcə daha çox ölkənin tanıdığı Xocalı soyqırımını törədənlərin cəzasız qalmayacağından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilməsindən, Xəzər sahili ərazilərdə monitorinqlərin davam etdirilməsindən, paytaxtımız haqqında bilmədiklərimizdən, ASCO-da koronavirusla bağlı həyata keçirilən tədbirlərdən, TRACECA ilə bağlı aparılan danışıqlardan, yeni Bakı-Quba-Rusiya yolunun 100 kilometrlik hissəsinin tikintisinin yekunlaşmasından, Azərbaycan və Gürcüstan ərazisindən Türkmənistan neftinin daşınması məqsədilə rəqabətli tarif dərəcələrinin müəyyənləşdirilməsindən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının İtaliyanın iri yükaşırma müəssisələri ilə əməkdaşlıq edəcəyindən,  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında razılıq əldə edildikdən sonra Çabahar limanının daha çox aktuallıq kəsb etməsindən, ömrünün 58 ilini gəmiçiliyə həsr edən böyük mexanikin ASCO-nun daha böyük uğurlara imza atacağı ilə bağlı düşüncələrindən, 1938-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin rəisi işləmiş Pyotr Çerepanovun müəmmalı taleyindən, səviyyəsi gah artan, gah azalan Xəzərin şıltaqlığından, konteyner daşıyan gəmidə kokainin aşkar edilməsindən,  dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır