Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında nərd turniri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və struktura daxil olan digər təşkilatların əməkdaşlarının iştirakı ilə nərd turniri keçirilib.

ASCO və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi turnirdə dənizçilər böyük həvəslə iştirak ediblər.

Olimpiya sistemi üzrə keçirilən turnirdə əvvəlcə iştirakçılar 7 qrupa bölünüblər, ikinci mərhələdə 3 qrup mübarizəni davam etdirib.

Ümumilikdə 30-dan çox əməkdşın mübarizə apardığı turnirdə birinci yerin qalibi  Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Eyvaz Paşayev  olub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq  “ASCO Nəqliyyat” MMC-nin əməkdaşı Yaqub Əsədov və Təlim Tədris Mərkəzinin əməkdaşı Amil Babayev qərarlaşıblar.

Yarışın qalibləri mükafatlandırılıb.

ASCO-da idman üzrə 2020-ci ilə dair illik iş planına əsasən keçirilən bu yarışın əsas məqsədi əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır