• Bakı, 2020-04-08,
Seanews
Heyder Eliyev

XDND sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2018-ci ilin ən yaxşı müəssisəsi olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanması “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2018-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən müsabiqənin qalibləri arasında yer alıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı keçirdiyi müsabiqənin məqsədi ictimaiyyətin diqqətini əməyin mühafizəsi və təhlükəsizliyinə yönəltməkdir.

Qeyd edək ki, Xəzər Dəniz Neft Donanması da daxil olmaqla, ASCO-nun bütün strukturlarında sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. ASCO-da  işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş  şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına ciddi nəzarət olunur və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır