Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Aşqabadda Xəzər dənizi ilə bağlı iclas keçirilib

Türkmənistanda Xəzər dənizində bioloji resursların qanunsuz hasilatına (brakonyerliyə) qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol layihəsinin müzakirəsi üzrə Xəzəryanı dövlətlərin ekspertlərinin növbəti görüşü keçirilib.

Aşqabadda keçirilən görüşdə müvafiq nazirliklərin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. 

Xəzər dənizində bioloji ehtiyatların qanunsuz hasilatına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol layihəsinin müzakirəsi Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığının gündəliyində mühüm yer tutur.

Görüş zamanı tərəflər protokolun Xəzər dənizinin təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun hazırlandığını qeyd ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır