“Dəniz” qəzetinin baş redaktoru 60 illik yubileyini qeyd edir
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi mətbu orqanı “Dəniz” qəzetinin baş redaktoru Rasif Tahirov 60 illik yubileyini qeyd edir.
Bu münasibətlə ASCO sədri Rauf Vəliyev yubiliyarı təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Sədr Rasif Tahirovun rəhbərlik etdiyi “Dəniz” qəzetinin gəmiçiliyin həyatında oynadığı rolu yüksək qiymətləndirib.
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi də Rasif Tahirovu yubiley münasibətilə təbrik edib. Komitənin əməkdaşları yubliyar haqqında xoş təəsüratlarını bölüşüblər. Rasif Tahirova Həmkarlar İttifaqı Respublika Komitəsi adından Fəxri Fərman da təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır