Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  15 yanvar 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrilməsindən, “Türk axını” təbii qaz kəmərinin açılışından,  dənizçilərimizin İon dənizində batmaq təhlükəsi ilə üzləşən miqrantları xilas etmələrindən, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 500 milyonuncu ton neftin hasil edilməsindən, 90 yaşı tamam olan akademik Xoşbəxt Yusifzadənin mənalı ömür yolundan, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşlarının xarici ölkələrdə  bir sıra seminar və təlimlərdə iştirakından, keçən ili uğurla başa vuran yelkənçilərimizin yeni ilə də beynəlxalq qələbə ilə başlamasından, dənizçilərin məcburi köçkünləri unutmamalarından, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə əlavə yüklərin cəlb edilməsi imkanlarının araşdırılmasından, Xəzərin çirklənməsinin qarşısının alınması ilə bağlı aparılan müzakirələrdən, gəmi təmiri müəssisələrimizdə sazlanan gəmilərimizin vaxtında açıq dənizə qaytarılmasından, Azərbaycan Dövlət Dəniz Akademiyasında həyata keçirilən ən müxtəlif tədbirlərdən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır