ADDA-nın “Elmi əsərlər” məcmuəsinin 2-ci nömrəsi hazırdır
Dəniz nəqliyyatı işçilərinin peşə bayramı – “Dənizçi günü” ərəfəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2019-cu ildə 2-ci nömrəsi hazırlanıb.
Bu, həm də jurnalın 30-cu, yubiley nömrəsidir. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar məcmuə ilə aşağıdakı linkdən tanış ola bilərlər:
“Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi əsərləri” məcmuəsində yerli və xarici ölkə alimlərinin elmi məqalələri 3 dildə - Azərbaycan, rus və ingilis dillərində dərc olunub. Dörd bölmədən – Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri bölmələrindən ibarət məcmuədə dərc olunan 26 elmi məqalədən 12-si Ukrayna və Rusiya alimlərinindir.