Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-20,
Seanews
Heyder Eliyev

IMO dənizlərin qorunması ilə bağlı yeni sərt qaydalar hazırlayır

Beynəlxalq Dəniz Təşkilatının (IMO) London sessiyasında (PPR 13) dəniz ətraf mühitinin mühafizəsi üçün strateji qərarlar qəbul edilib.

“Seanews.az” xəbər verir ki, əsas yeniliklər gəmi gövdələrinin bioloji çirklənməsinə qarşı məcburi hüquqi çərçivənin yaradılması və 2030-cu ilə qədər gəmilərdən dənizə atılan plastik tullantıların sıfıra endirilməsidir.

Bundan əlavə, alternativ yanacaqlarla (hidrogen, ammonyak) işləyən mühərriklərin sınaq standartları yenilənib və yeni tankerlərdə zərərli buxarlanmanın (VOC) qarşısını alan cihazların quraşdırılması məcburi edilib.

Sessiyada həmçinin çirkab və neftli suların idarə olunması üçün yeni qeydiyyat kitablarının tətbiqi, balıqçılıq alətlərinin markalanması və plastik qranul daşınmasına dair yeni məcəllənin hazırlanması razılaşdırılıb. Bu qaydaların əksəriyyətinin 2026-cı ilin aprelində (MEPC 84) təsdiqlənməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır