Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-06,
Seanews
Heyder Eliyev

İtaliyada mal-qara daşıyan gəmi 54 təhlükəsizlik qüsuruna görə saxlanılıb

İtaliya Sahil Mühafizəsi “Blue Ocean A” adlı mal-qara daşıyan gəmini Kaqlari limanında yoxlama zamanı aşkarlanan 54 təhlükəsizlik qüsuruna görə saxlayıb. Qüsurlardan 30-u ciddi hesab edildiyi üçün gəminin limandan çıxışına icazə verilməyib.

"Seanews.az" xəbər verir ki, nöqsanlar əsasən yanğınsöndürmə sistemləri, xilasetmə vasitələri və kapitan körpüsündəki avadanlıqlarla bağlı olub. Heyətin yaşayış şəraiti və hazırlıq səviyyəsi də yoxlanılıb.

Yoxlama yanvarın 28-də Sardiniya sahilləri yaxınlığında mühərrik nasazlığı səbəbindən baş vermiş insidentdən sonra aparılıb. Güclü külək və dalğalar səbəbindən gəmi sahilə doğru sürüklənsə də, yedək gəmilərinin köməyi ilə təhlükəsiz şəkildə limana gətirilib.

1992-ci ildə tikilmiş, sonradan mal-qara daşıyan gəmiyə çevrilən “Blue Ocean A” Sent-Kits və Nevis bayrağı altında üzür və Türkiyə şirkətinə məxsusdur. Hadisə zamanı gəmidə mal-qara olmadığı bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır