Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

“Pulsar International” Türkiyədə “Navee Technology” şirkətini satın alıb

Dənizçilik və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən "Pulsar International" İstanbulda yerləşən "Navee Technology" şirkətində nəzarət paketini əldə edərək Türkiyədə “Pulsar Türkiye” adlı yeni regional struktur yaradıb.
 
"Seanews.az" xəbər verir ki, satınalma "Pulsar International"ın Şərqi Aralıq dənizi və Qara dəniz regionlarında kommersiya dənizçiliyi üzrə imkanlarını gücləndirmək məqsədi daşıyır.
 
Dəniz rabitəsi, informasiya texnologiyalarının idarə edilməsi və gəmi elektronikası xidmətləri göstərən "Navee Technology" bundan sonra "Pulsar"ın qlobal şəbəkəsinin tərkibində fəaliyyət göstərəcək. Şirkətin keçmiş idarəedici direktoru Volkan Kalın yeni qurumun rəhbəri kimi fəaliyyətini davam etdirəcək və eyni zamanda şirkətdə pay sahibi olaraq qalacaq.
 
Bu addım "Pulsar International"ın xidmət portfelini yerli səviyyədə "Starlink Maritime" quraşdırmaları, gəmi körpüüstü elektronika sistemləri və donanma idarəetmə proqram təminatı sahələrində genişləndirir.
 
"Pulsar International"ın prezidenti və baş icraçı direktoru Robert Sakker bildirib ki, tərəfdaşlıqdan böyük məmnunluq duyurlar və "Navee Technology"nin Türkiyədə müştəriyönümlü yanaşma və güclü texniki potensial formalaşdırdığını xüsusi vurğulayıb.
 
Hazırda "Pulsar International"ın qlobal qərargahı ABŞ-ın Florida ştatında yerləşir. Şirkətin Avropada Yunanıstan, Kipr, Niderland və Türkiyədə ofisləri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır