Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

ASCO nümayəndələri “Bakı İqlim Fəaliyyəti Həftəsi – 2025”də iştirak ediblər

AZCON Holding şirkətlərindən olan ASCO-nun nümayəndələri “Bakı İqlim Fəaliyyəti Həftəsi – 2025” (#BCAW2025) çərçivəsində müxtəlif sessiyalarda iştirak ediblər.

Tədbir zamanı ASCO əməkdaşları əsasən su resursları, gender bərabərliyi və nəqliyyat mövzularına həsr olunan panel və müzakirələrdə yer alıblar.

29 sentyabr – 3 oktyabr tarixlərində keçirilən “BCAW 2025” tədbiri London İqlim Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilir və COP29-un yaratdığı dinamikanı davam etdirərək Bakı İqlim Həftəsini iqlim həlləri icmasının əsas regional platforması kimi möhkəmləndirməyi hədəfləyir.

Bakı İqlim Fəaliyyəti Həftəsi – 2025 çərçivəsində biznes və sənaye nümayəndələri, beynəlxalq institutlar, akademik dairələr, mütəxəssislər, vətəndaş cəmiyyəti, gənclər və digər iştirakçılar bir araya gələrək iqlim mübarizəsində mövcud dinamikanı gücləndirmək və yeni həllərin müzakirəsini aparmaq məqsədilə fikir mübadiləsi aparırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır