Ehtiyatda olan polkovnik-leytenant, ASCO əməkdaşı Bəxtiyar Mustafayev - VİDEO
Suverenliyin tam bərpası Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.
Bu qürurverici tarixin yazılmasında payı olan qəhrəmanlardan biri də Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Zəfər” ordeni və digər medallarla təltif olunmuş, hazırda ASCO-da çalışan ehtiyatda olan polkovnik-leytenant Bəxtiyar Mustafayevdir.
O qeyd edir ki, 2023-cü ilin 19 sentyabrında başlanan və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində təmin edilən ərazi bütövlüyü və suverenliyimiz Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü və xalqımızın birliyinin təntənəsi oldu.
Bu zəfər təkcə tarixi ədalətin bərpası yox, həm də yeni inkişaf mərhələsinin başlanğıcıdır. Hazırda azad olunmuş torpaqlarda aparılan bərpa və quruculuq işləri, eləcə də həmin ərazilərə insanların qayıdışı bunu aydın şəkildə göstərir.

