Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Azərbaycanın ilk qadın gəmi kapitanına aid nadir arxiv ASCO-ya təqdim edilib

ASCO milli gəmiçilik tarixinin araşdırılmasına və gələcək nəsillərə ötürülməsinə hər zaman xüsusi önəm verir. Şirkət bu istiqamətdə indiyədək nadir sənədlərin toplanması, arxiv materiallarının sistemləşdirilməsi, tematik kitab və filmlərin hazırlanması, “Suraxanı” gəmi-muzeyinin yaradılması və burada müxtəlif sərgilərin təşkili kimi mühüm layihələr həyata keçirib.

Tarixi yaddaşın qorunması istiqamətində növbəti addım isə Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovanın şəxsi ailə arxivinin əldə olunmasıdır. Xanım kapitanın ailəsi illərlə qorunub saxlanılan onlarla orijinal fotolent, səsyazısı və videomaterialı araşdırma üçün ASCO-ya təqdim edib.

Təxminən 40-50 il əvvələ aid olan bu materialların bir qismi klassik arxiv lentləri, maqnit səsyazıları və fotoqrafik neqativlər kimi dövrün texnologiyaları ilə qeydə alınıb. Onların müasir dövrə uyğunlaşdırılması məqsədilə xüsusi rəqəmsal konvertasiya avadanlıqları və arxiv bərpa texnologiyaları tətbiq edilib.

Qeyd edək ki, ASCO-nun təşəbbüsü ilə hazırda Şövkət Səlimovanın həyat və fəaliyyətinə həsr olunmuş bədii filmin istehsalı da həyata keçirilir. Bu ekran əsəri vasitəsilə ölkəmizin dənizçilik tarixində qadın iradəsinin və peşəkarlığının simvoluna çevrilmiş ömür yolu tamaşaçılara təqdim olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır