Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecində Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Dənizçilik Kollecində Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində tədbir təşkil olunub.

Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələrlə yanaşı, Xətai rayon Gənclər və İdman İdarəsininnümayəndəsi Dilşad Nuriyeva da qonaq qismində iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Çıxışlarda 44 günlük Vətən müharibəsi, Azərbaycanın əldə etdiyi tarixi Qələbə, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və şanlı Azərbaycan Ordusunun misilsiz igidliyi vurğulanıb.

Həmçinin tədbir iştirakçılarının diqqətinə kollecin şəhid olmuş tələbə və məzunlarının şücaəti çatdırılıb, onların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilib.

Tədbir çərçivəsində Vətən müharibəsi ilə bağlı video təqdim edilib, tələbələr tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır