Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-02,
Seanews
Heyder Eliyev

Şotlandiya dünyada ən böyük dəniz külək elektrik stansiyasına icazə verib

Seanews.az xəbər verir ki, Şotlandiya hökuməti SSE Plc şirkətinə dünyanın ən iri dəniz külək elektrik stansiyası olacaq “Berwick Bank” layihəsinin inşasına rəsmi icazə verib.

Şotlandiyanın şərq sahillərində yerləşəcək külək parkı 6 milyon evin elektrik enerjisi ilə təmin olunmasına imkan verəcək. Gücü 4,1 giqavat olan layihə təxminən on ildir hazırlanır və bu razılıq 2025-ci ilin avqustunda başlanacaq dövlət subsidiyası tenderində iştirakdan əvvəl son əsas mərhələ hesab olunur.

Layihə Birləşmiş Krallığın 2030-cu ilə qədər enerji şəbəkəsini demək olar ki, tamamilə dekarbonizasiya etmək hədəfinə çatmasında mühüm rol oynaya bilər. Bununla belə külək stansiyasının inşası elektrik şəbəkəsində mövcud olan texniki məhdudiyyətləri dərinləşdirə və onların aradan qaldırılması üçün əlavə investisiyalar tələb edə bilər. Bu isə istehlakçıların xərclərinin artmasına səbəb ola bilər.

Qərar ABŞ Prezidenti Donald Trampın Şotlandiyaya səfərindən sonra verilib. Tramp külək turbinlərinə, xüsusilə golf meydançaları yaxınlığındakılara qarşı olduğunu bildirib. O, Aberdini “Avropanın neft paytaxtı” adlandıraraq ölkənin neft sektorunun genişləndirilməsini dəstəklədiyini vurğulayıb.

SSE Plc-nin yaydığı açıqlamaya görə “Berwick Bank” layihəsi Birləşmiş Krallıq iqtisadiyyatına 8,3 milyard funt sterlinq dəyərində töhfə verəcək və 9 300 yeni iş yeri yaradacaq. Bu iş yerlərinin 4 650-si Şotlandiyada olacaq.

Şirkət tenderdə qalib gəldiyi halda layihə 20 il ərzində sabit qiymətlərlə elektrik enerjisi satmaq hüququ əldə edəcək. Bu dövrdə veriləcək subsidiyalar istehlakçıların enerji haqlarına əlavə edilən rüsumlar vasitəsilə maliyyələşdiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır