Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-02,
Seanews
Heyder Eliyev

Çində ilk dəfə gəmi yerli istehsallı ultra aşağı kükürdlü yanacaqla təmin olunub

“PetroChina Fuel Oil” şirkəti ilk dəfə olaraq Çin istehsalı olan ultra aşağı kükürdlü ağır yanacaqla (ULSFO) gəmi yanacaq doldurma əməliyyatını həyata keçirib. Yanacaq təminatı “COSCO Shipping Lines” şirkətinə məxsus “COSCO PRIDE” konteyner gəmisinə Şanxayın Linqan xüsusi zonasındakı Yanşan limanında baş tutub.

Bu hadisə ilə Şanxay limanı Asiya–Sakit okean regionunda ultra aşağı kükürdlü yanacaqla təminat təklif edən yeganə liman statusunu qazanıb.

“PetroChina” şirkətinin məlumatına görə, Çin istehsallı bu yanacaq növü ənənəvi aşağı kükürdlü yanacaqla müqayisədə təxminən 80 faiz daha az kükürd emissiyası yaradır. Bundan əlavə, ULSFO daha aşağı istehsal xərcləri və enerji sərfiyyatı ilə seçilir, eyni zamanda əsas gəmi mühərrikləri ilə yüksək uyğunluğa malikdir ki, bu da onu müasir bazar üçün daha cəlbedici edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır