Aİ-nin yeni qaydaları gəmi söküntüsünü ləngidir: Konteyner bazarında artıq tutum böhranı
“Seatrade Maritime News”un hesabatına görə, konteyner daşımaları sektoru ciddi gəmi bolluğu ilə üz-üzədir. Çünki köhnə gəmilərin utilizasiyası Aİ-nin sərt qaydaları səbəbindən ləngiyir.
“Seanews.az” xəbər verir ki, keçən il qüvvəyə minən Honkonq Konvensiyası təmiz əməliyyatlar vəd etsə də, Aİ-nin əlavə məhdudiyyətləri söküntü potensialını daraldır.
Brüssel ətraf mühitə zərər vurduğu üçün gəmilərin çimərliklərdə sökülməsini (beaching) qadağan edib. Bu il Aİ-nin qaydaları daha da sərtləşdiriləcəyi, o cümlədən onları pozanlara qarşı ağır cərimələr və xüsusi "utilizasiya lisenziyası" tətbiq ediləcəyi gözlənilir.
2025-ci ildə gəmi söküntüsü son 20 ilin ən aşağı səviyyəsinə (təxminən 6 000 – 8 000 TEU) düşüb. Lakin ekspertlər bu il söküntü həcminin 400 000 TEU-nu keçəcəyini proqnozlaşdırırlar. Süveyş kanalı marşrutuna qayıdışın bu prosesi sürətləndirəcəyi ehtimal olunur.
“MDS Transmodal”ın məlumatına görə, tutumu 5 000 TEU-dan az olan gəmilərin 60%-dən çoxunun yaşı 25-i ötüb. Analitiklər xəbərdarlıq edirlər ki, 2030-cu ilə qədər kiçik tutumlu qlobal donanma 80% kiçilə bilər. Həmin dövrdə 3 450 gəmi istismar müddətini başa vuracaq.

