Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-11,
Seanews
Heyder Eliyev

Gəmilər artıq özünü idarə edəcək? Avtonom sistemlər üçün ilk mühüm icazə verildi

Bureau Veritas təsnifat cəmiyyəti dəniz nəqliyyatında avtonom idarəetmə üçün hazırlanmış GAMA proqram təminatına ilkin təsdiq (Approval in Principle – AiP) verib. Bu, təsnifat cəmiyyətinin avtonom idarəetmə proqramına verdiyi ilk belə təsdiq hesab olunur.

“Seanews.az” xəbər verir ki, “Greenroom Robotics” şirkətinin hazırladığı GAMA sistemi süni intellekt vasitəsilə müxtəlif sensorlardan məlumat toplayaraq situasiya analizi, qərarvermə və gəminin birbaşa idarə olunmasını təmin edir. Sistem həm gəmi üzərində, həm də uzaqdan idarəetmə mərkəzindən işləyə bilir.

Modul və çevik arxitekturaya malik olan proqram təminatı mövcud gəmilərin avtonom platformalara çevrilməsinə imkan verəcək. Sistemin həm yeni tikilən gəmilərdə, həm də modernizasiya layihələrində tətbiqi sürətləndirəcəyi bildirilir. AiP təsdiqinin bayraq dövlətlərinin icazə prosedurlarını sadələşdirəcəyi və layihə risklərini azaldacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır