Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-02,
Seanews
Heyder Eliyev

Cənubi Koreya ABŞ-da gəmiqayırma sahəsinə 150 milyard dollar sərmayə yatıracaq

Cənubi Koreya ABŞ-ın gəmiqayırma sənayesinin dirçəldilməsi məqsədilə bu ölkəyə 150 milyard dollar investisiya yatıracaq. Bu sərmayə 30 iyulda Vaşinqtonda imzalanmış 350 milyard dollarlıq ticarət razılaşmasının tərkib hissəsidir.

Layihə çərçivəsində Cənubi Koreya ABŞ-da ticarət və hərbi təyinatlı gəmilərin tikintisinə, onların texniki xidmətinə və təmirinə vəsait yönəldəcək.

Sərmayə paketi həmçinin yarımkeçiricilər, elektromobil batareyaları, biotexnologiya və təmiz enerji sahələrini də əhatə edir. Əvəzində ABŞ qarşılıqlı ticarətdə 15 faiz dəyərində tətbiq olunan avtomobil rüsumlarını məhdudlaşdıracaq.

Cənubi Koreya Prezidenti bəyan edib ki, bu razılaşma Koreya ixracatçıları üçün rəqabət üstünlüyü yaradacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır