Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-30,
Seanews
Heyder Eliyev

Ukraynalı tələbələr “Suraxanı” gəmi-muzeyində ekskursiyada olublar

Dünyanın ilk tanker muzeyi olan “Suraxanı” gəmi-muzeyi bu dəfə Ukrayna Mərkəzinin tələbələrini qəbul edib.

Ekskursiya tam şəkildə Ukrayna dilində təşkil olunub. Tələbələrə Azərbaycan gəmiçiliyinin tarixi, dənizçilik irsi və ümumilikdə dünya dənizçilik ənənələri haqqında ətraflı məlumat verilib.

Ziyarətçilər muzeydə təqdim olunan müxtəlif interaktivlər, oyun manipulyatorları və tarixi eksponatlarla yaxından tanış olublar.

Eyni zamanda, “Suraxanı” tankerinin gəmi-muzeyə çevrilməsi prosesi barədə də onlara ətraflı məlumat verilib.

Gəmi-muzeyə təşkil olunan bu ekskursiya mədəniyyətlərarası dialoqun uğurlu nümunəsinə çevrilib və iştirakçılarda xoş təəssürat yaradıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır