Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-29,
Seanews
Heyder Eliyev

“WindWings” texnologiyası LR2 tipli tanker gəmilərində tətbiq olunacaq

“BAR Technologies” şirkəti “WindWings” küləklə hərəkət texnologiyasının LR2 tipli ikili yanacaqlı tanker gəmilərində istifadəsi üzrə ilk sifarişi təsdiqləyib. Bu sistem “Suzuka” və “Long Beach” adlı iki yeni gəmidə quraşdırılacaq.

250 metr uzunluğunda olacaq gəmilər Çin Xalq Respublikasında “Xiamen Shipbuilding Industry” tərəfindən inşa olunacaq. Layihənin dizaynını SDARI hazırlayıb. Tikinti işlərinə 2025-ci ilin noyabrında başlanacaq, istismara verilməsi isə 2027-ci ilin birinci rübündə nəzərdə tutulur.

Hər bir gəmi 37,5 metrlik iki “WindWings” qurğusu ilə təchiz ediləcək. Bu sistemin gündə 3 tona qədər yanacağa qənaət edəcəyi və illik karbon emissiyasını 2300 ton azaltmaqla ətraf mühitə müsbət təsir göstərəcəyi bildirilir.

“BAR Technologies”in baş direktoru Con Kuper bildirib ki, bu texnologiya artıq gələcək üçün deyil, bu gün real nəticə verə bilən alternativ enerji mənbəyidir.

Gəmilər “Marshall Adaları” bayrağı altında istismar olunacaq və “Bureau Veritas Marine & Offshore” tərəfindən klaslaşdırılacaq. Şirkətin nümayəndələri bu texnologiyanın beynəlxalq təhlükəsizlik və dayanıqlılıq standartlarına uyğun olduğunu vurğulayıblar.

Qeyd edək ki, “WindWings” texnologiyası daha əvvəl “Brands Hatch” gəmisində uğurla sınaqdan keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır