Altaydan Çinə ilk dəfə raps yağı ilə yüklənmiş konteyner qatarı göndərilib
"VL Logistic" şirkəti Altay diyarından Çinin Çendu şəhərinə raps yağı ilə yüklənmiş ilk konteyner qatarı göndərib.
"Seanews.az" xəbər verir ki, qatar 62 ədəd 40 futluq konteynerdən ibarət olub. Konteynerlər 28 m³ həcmə və 25,7 ton tutuma malik fleyksitanklarla təchiz edilib. Məhsul cəmi 10 gün ərzində təhlükəsiz şəkildə Çinə çatdırılıb.
Yeni quru logistika marşrutu əvvəllər yalnız dəniz yolu ilə xidmət göstərilən Şanxay, Tyançzin və Xuanpu kimi şəhərləri də əhatə edir. Çin tərəfi bu cür daşımalar üçün daha əvvəl yalnız iri tərkibli (90 və ya 130 konteynerlik) qatarları qəbul edirdi.
"VL Logistic" Çin Dəmir Yollarından 40 futluq konteynerlər üçün quru marşrutla daşımaya rəsmi icazə alan ilk logistika operatorudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır