













Avropanın müxtəlif ölkələrindən olan bir qrup gənc "Suraxanı" gəmi-muzeyini ziyarət edib
“Beat the Heat VOL 4” Beynəlxalq Yay Universiteti layihəsinin iştirakçıları “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Avropanın müxtəlif ölkələrindən olan 20-dən çox gəncin qatıldığı ekskursiya zamanı qonaqlar Azərbaycanın zəngin dənizçilik tarixi və gəmiçilik irsi ilə tanış olublar.
Bələdçilərin müşayiəti ilə muzeyin ekspozisiya zallarını gəzən iştirakçılar ölkəmizin dənizçilik sahəsindəki inkişafı, gəmi modelləri, naviqasiya avadanlıqları və unikal eksponatlar barədə ətraflı məlumat əldə ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır