Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-14,
Seanews
Heyder Eliyev

Liberiya sahillərində “Maersk”-ə məxsus gəmidə yanğın baş verib

Danimarkanın “Maersk” şirkətinə məxsus ultra-böyük konteyner gəmisində çərşənbə günü Liberiya sahillərində yanğın hadisəsi qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, “Marie Maersk” gəmisi “Gemini Cooperation” alyansının Asiya–Avropa marşrutu (AE4 xidməti) üzrə Rotterdamdan Tanjung Pelepas limanına yola çıxarkən göyərtədəki konteynerlərdən tüstü çıxdığı aşkarlanıb. Heyət dərhal bortdakı yanğınsöndürmə sistemlərini işə salıb və fövqəladə hallar proseduruna uyğun hərəkət edib.

Hadisə ilə əlaqədar gəmi Qərbi Afrika sahillərinə istiqamətini dəyişib. Əraziyə kömək məqsədilə yedək gəmiləri göndərilib.

“Maersk” bütün heyət üzvlərinin salamat olduğunu, gəminin hərəkət, idarəetmə və naviqasiya sistemlərinin zərər görmədiyini açıqlayıb.

 Şirkətdən bildirilib ki, heyətlə davamlı əlaqə saxlanılır və mümkün bütün dəstək göstərilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır