Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Almaniya qanunvericiləri gəmiqayırma şirkətinə maliyyə yardımı proqramını təsdiqləyiblər

Almaniya parlamentinin yuxarı palatasının (Bundesrat) büdcə komitəsinin üzvləri “Meyer Werft” (Papenburq, N. Saksoniya)  gəmiqayırma şirkətinin maliyyə böhranından çıxması üçün proqramın təsdiq edildiyini bildiriblər.

Bu barədə “Reuters” xəbər verir.

Şirkətin maliyyə kəsiri demək olar ki, 2,8 milyard avroya (3,1 milyard dollar) çatıb.

“Meyer Werft”-in baş qərargahının yerləşdiyi Aşağı Saksoniya federal hökuməti və əyalət orqanları 17 min birbaşa və əlaqəli iş yeri yaradan gəmiqayırma şirkətinin xilas edilməsində iştirak edirlər.

Təklif olunan proqrama əsasən, federal və əyalət hökumətləri şirkətin 80%-ni almaq üçün “Meyer Werft”-ə 400 milyon avro (442 milyon dollar) sərmayə qoyacaqlar. Plana 2,6 milyard avro kredit üçün zəmanət daxildir.

Amma qanunvericilərə maliyyə planının təfərrüatlarını aydınlaşdırmaq və yekun maliyyə yardımı paketini hazırlamaq üçün hələ bir qədər vaxt lazımdır.

Qeyd edək ki, “Meyer Werft” (Almaniya) 1795-ci ildə yaradılıb və Meyer Neptun Grup”-a daxildir. Gəmiqayırma zavodunun sahibi Meyer ailəsidir və artıq ailəsinin yeddinci nəsli tərəfindən idarə olunur. Əsasən iri müasir kruiz gəmilərinin tikintisi üzrə ixtisaslaşan “Meyer Werft” indiyədək 37 kruiz gəmisi inşa edib. Gəmiqayırma zavodunda avtomobillərin və sərnişinlərin daşınması üçün Ro-Ro gəmiləri və mayeləşdirilmiş neft qazının daşınması üçün tankerlər də tikilir. Rostokdakı “Neptun Werft” törəmə şirkəti çay kruiz gəmiləri və qaz daşıyıcıları inşa edir. Finlandiyanın gəmiqayırma şirkəti “Meyer Turku” (1737-ci ilə aiddir) indiki adını 2014-cü ildə “Meyer Werft” tərəfindən satın alındıqdan sonra almışdır.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır