Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Yeni gəmilər "Cassius" və "Camus" adlandırılıb

Cənubi Koreyanın “Hyundai Samho Heavy Industries” (“HSHI”) tərsanəsində “Euronav” şirkətinin  LNG və ammonyakla işləyəcək iki iri tonajlı tankerinə ad verilməsi mərasimi keçirilib.

 “Seanews.az”-ın məlumatına görə, skrubberlər və ballast suyunun təmizlənməsi sistemi ilə təchiz edilmiş gəmilər "Cassius" və "Camus" adlandırılıb.

"Cassius" artıq yanvarın 11-də donanmamızın tərkibinə daxil olub, "Camus" gəmisinin inşası isə davam etdirilir”, – deyə “Euronav” şirkətinin açıqlamasında bildirilir.

Xatırladaq ki, “Euronav” bu tankerləri 2021-ci ilin yazında eyni xüsusiyyətlərə malik daha belə bir gəmi tikmək seçimi ilə sifariş etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır