Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Türkiyədə özəl zavodlar hərbi gəmilərin inşasına cəlb edilir

Ankara özəl gəmiqayırma zavodlarını Türkiyənin “MİLGEM” (Milli Gəmi) layihəsinin icrasına cəlb edəcək.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir bildirib ki, “Anadolu”, “Sedef”, “Sefine”, “TAIS” və “STM” şirkətlərinin iştirakı ilə üç freqat tikiləcək.

Freqatlar “Anadolu”, “Sedef” və “Sefine” tərsanələrində eyni vaxtda inşa ediləcək.

İsmayıl Dəmirin fikrincə, hərbi gəmilərin özəl müəssisələrdə tikintisi özünü doğruldacaq. O, əmindir ki, rolların belə bölüşdürülməsi hərbi gəmiqayırma sənayesini daha dayanıqlı edəcək. Belə əməkdaşlıq istehsal vaxtını azaltmağa, hərbi və mülki mütəxəssislər arasında təcrübə mübadiləsi peşəkarlığın artırılmasına töhfə verəcək. Layihəni həyata keçirmək üçün türk gəmi inşaatçılarına 36 ay vaxt verilib.

“Biz yüksək ixrac potensialına malik məhsullar əldə edə biləcəyik ki, bu da ölkə iqtisadiyyatına böyük töhfə verəcək”, - deyə hərbi idarənin nümayəndəsi bildirib.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır