Kanada freqatı NATO-ya dəstək üçün Avropaya yola düşüb
Kanada Hərbi Dəniz Qüvvələrinin “HMCS Fredericton” freqatı Aralıq dənizində NATO-ya dəstək üçün Avropaya yola düşüb.
Ordu.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.
"HMCS Fredericton bölgədə NATO mövcudluğunu saxlamaq üçün Fransa, İtaliya və ABŞ-dan olan gəmilərlə birgə işləyəcək", - Kanada Müdafiə Nazirliyinin bəyanatında deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır