Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Çin avtomobil sənayesinin lideri bir anda yeddi avtomobil daşıyıcısının tikintisinə sifariş verib

Avtomobillərin istehsalı və ixracı üzrə Çinin dövlətə məxsus ən böyük şirkəti “SAIC Motor Corporation” logistika bölməsi “SAIC Anji Logistics”-in timsalında  8,9 min avtomobil tutumlu yeddi avtomobil daşıyıcısının tikintisi üçün müqavilələr imzalayıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, sifarişlər Çinin “Jinling” və “Jiangnan” gəmiqayırma zavodlarına verilib.  Ənənəvi dəniz yanacağı və metanolla işləyəcək avtomobil daşıyıcıları 2025-2026-cı illərdə tikiləcək.

Müqavilələrin dəyəri açıqlanmır, ekspertlərin fikrincə, hər bir avtomobil daşıyıcısı təxminən 100 milyon dollara başa gələ bilər.

2021-ci ildə “SAIC Motor Corporation” şirkəti  “Roewe”, “MG” və “Maxus” markaları altında 5,46 milyon avtomobil satıb. İstehsal edilən avtomobillərin 10%-dən çoxu ixrac olunur. “SAIC Anji Logistics” isə dünyanın beşinci ən böyük avtomobil daşıyıcı donanmasına sahibdir. 2022-ci ildə şirkət beş yeni gəmi sifariş edib.

2022-ci ilin təkcə doqquz ayında, dünyada ümumi tutumu 375 min avtomobil olan 48 gəminin tikintisi üçün müqavilələr imzalanıb ki, bu da son 15 ildə rekord göstəricidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır