Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Uzun müddət kapitan vəzifəsində çalışmış İvan Bezrukov vəfat edib

Kapitan Bezrukov 1954-cü ildə anadan olub. O, Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin “Gəmi sürücülüyü” ixtisasını bitirib.

İvan Bezrukov əmək fəaliyyətinə 1975-ci ildə matros kimi başlayıb. 1977-ci ildə kapitanın 3-cü köməkçisi olmağı bacarıb. 1988-ci ildə Dəniz Nəqliyyatı Donanmasının tankerlərində kapitanın 2-ci köməkçisi olaraq fəaliyyətini davam etdirib.

1992-ci ildən kapitanın böyük köməkçisi vəzifəsinə yüksələn və 2003-cü ildən kapitan adını daşıyan İvan Bezrukov 2015-ci ilədək quru yük gəmilərində işləyib.

O, işinin vurğunu, savadlı mütəxəssis və səmimi insan kimi həmkarlarının xoş xatirələrində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımızın vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır