Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Düşmənə göz açmağa imkan verməyən igid

“Vətən müharibəsinin ilk günündən xalqımız bir amal uğrunda yumruq kimi birləşməyi bacardı. Elə Zəfər sevincini də Prezident-Xalq-Ordu birliyi sayəsində yaşadıq. Müdrik Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Ordumuz xalqımızın 30 illik yürd həsrətinə cəmi 44 günə son qoydu.”

İkinci Qarabağ savaşının odundan-alovundan keçən Emil Abbaszadənin dilindən çıxan bu sözlərlə razılaşmamaq mümkün deyil.  

Ürəyi Vətən sevgisi ilə döyünən Emil Abbaszadə 1998-ci il fevralın 10-da Hacıqabul rayonunun Navahi qəsəbəsində dünyaya göz açıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi mexanikası” fakültəsində dənizçi peşəsinin sirlərinə yiyələnib.

Müharibə başlayanda top komandiri kimi  könüllü Ordu sıralarına qatılıb. Füzuli və Xocavəndin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənə göz açmağa imkan verməyən igidlərimizdən olub.

Ömrünün 22-ci ilini yaşayan Emil Abbaszadənin Zəfərimizlə başa çatan Vətən müharibəsində göstərdiyi şücaət “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə qiymətləndirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır