Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

"Səbail"in yeni transferi: "Azərbaycanın yüksək səviyyəli liqası var"

"Səbail"in yeni transferi Florian Kadriu klubun rəsmi saytının suallarını cavablandırıb. 

"Seanews.az" həmin müsahibəni təqdim edir...

–  "Səbail"lə müqavilə imzaladınız. Hansı hissləri keçirirsiniz?

–  İlk olaraq, mənə inandığına görə, kluba təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Çox sevinirəm.

–  “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqası barədə məlumatınız var idi?

–  Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildiriblər.

–  Öz oyun tərzinizi necə təsvir edə bilərsiniz?

– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.

–  Yaxınlarınız sizi necə çağırır?

–  Yaxınlarım mənə Landi deyə müraciət edir. 

–  Mövsümə avqustun 21-də start veriləcək. Həm şəxsi, həm də, komandadan gözləntiləriniz nədir?

–  İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq.  Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.

–  “Səbail”in azarkeşlərinə ismarıcınız var?

–  Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir.  Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Fanatlar üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır