• Bakı, 2019-12-08,
Seanews
Heyder Eliyev

Gəmi təmirçisi: Fəxr edirəm ki, özümə belə bir peşə seçmişəm

25 ildən çoxdur ki,  gəmi təmirçisi işləyən Pirəli Qurbanov yorulmadığını, işindən zövq aldığını deyir. O, hər gün işə ilk günki həvəslə başlayır.

Kollektiv arasında böyük hörmət qazanan Pirəli Qurbanov “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun nümunəvi əməkdaşlarındandır.

 

O, 1964-cü ilinin yanvarında Gürcüstan Respublikasının Marnueli rayonunda anadan olub. Xarkov Politexnik İnstitutunda, daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1992-ci ildə fəhləlikdən başlayıb, 6 il fəhlə kimi çalışdıqdan sonra zəhmətkeşliyi hesabına usta vəzifəsinə təyin olunub.  

  • Mexaniki-təmir bölməsində çalışıram. Əsasən korroziyaya uğramış, köhnə boruların yenilənməsi ilə məşğuluq. İstismar müddətini başa vurmuş xətləri təzələri ilə əvəzləyirik. Olduqca məsuliyyətli işdir.”

 

Təcrübəli gəmi təmirçisi deyir ki, insanı ucaldan onun zəhmətidir. Bir gün belə işə həvəssiz gəldiyini xatırlamır.

  • Gərək, insan öz işi ilə fəxr etsin. Məndə fəxrdən də artıqdır. Qürur duyuram ki, özümə belə bir peşə seçmişəm.

Pirəli Qurbanov bu il “Dənizçi Günü” ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bunu karyerasının ən yüksək mükafatı hesab edir.

  • Bu mükafatı 25 illik zəhmətimin rəsmi səviyyədə qiymətlədirilməsi kimi qəbul edirəm. Gəmi təmirçiliyi mənim həyat tərzimdir, bu peşəni çox sevirəm. Həmişə də vicdanlı, peşəkar olmağa çalışmışam. Bu etimad mənim daha da məsuliyyətli olmağıma, işimi daha çox sevməyimə səbəb olacaq. Daha həvəslə işləyib, daha məhsuldar olmağa çalışacam. Prezidentimiz cənab İlham Əliyevə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılova mənə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır