Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

Süveyş kanalından keçid rüsumları azaldıla bilər

Husi üsyançılarının Qırmızı dənizdəki gəmiçiliyə hücumları nəticəsində yaranmış böhrandan sonra kanalda gəmi keçidlərinin aktivliyini artırmaq məqsədilə tranzit haqlarında 12%-dən 15%-ə qədər endirimlər tətbiq oluna bilər.

"Seanews.az" xəbər verir ki, bu barədə Misirin Süveyş kanalı administrasiyasının rəhbəri Usama Rabie "Sada əl-Bələd" televiziya kanalına telefon vasitəsilə verdiyi müsahibəsində danışıb.

O qeyd edib ki, endirimlər yaxın günlərdə Misir prezidenti Əbdülfəttah əs-Sisinin təsdiqindən sonra qüvvəyə minə bilər.

Bu açıqlama Süveyş kanalından gələn gəlirlərin kəskin şəkildə azalmasından sonra verilib. 

Misir Mərkəzi Bankının bu ayın əvvəlində açıqladığı rəqəmlərə əsasən, kanaldan büdcəyə daxil olan gəlir ötən ilin eyni dövründəki 2,40 milyard ABŞ dolları ilə müqayisədə 2023-cü ilin son rübündə 880,9 milyon ABŞ dollarına düşüb.

Ötən həftə Rabiə gəmiçilik agentliklərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə iştirak edən agentliklər Qırmızı dənizin yüksək riskli zona kimi qiymətləndirilməsi səbəbindən sığorta xərclərinin artdığını bildirərək, bu xərcləri kompensasiya etmək üçün müvəqqəti təşviqlərin tətbiqini tələb ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır