Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecində “Hər biri qəhrəmandır” kitabının təqdimatı olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin Vətən müharibəsində iştirak edən tələbə və məzunları, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan tələbə və məzunların valideynləri ilə görüş keçirilib.

Tədbirdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Həmçinin, ötən bir il ərzində Qarabağın bərpası istiqamətində görülən işlərdən bəhs olunub.

Görüşdə dənizçi şəhidlər, dənizçi qazilər və dənizçi müharibə iştirakçılarının həyat və döyüş yollarından bəhs edən “Hər biri qəhrəmandır” kitabının təqdimatı olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır