Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-11,
Seanews
Heyder Eliyev

“NAVTOR” gəmiçilikdə istifadə olunan NavBox sistemindəki kritik boşluqları bağlayıb

"NAVTOR" şirkəti gəmilərdə naviqasiya və mühərrik məlumatlarını idarə edən NavBox cihazlarında aşkar edilmiş yüksək riskli kiber-təhlükəsizlik boşluqlarını aradan qaldırıb. Müstəqil "Cydome" tədqiqat mərkəzi tərəfindən aşkar edilən bu qüsurlar, gəmilərin internetə daha geniş çıxışı fonunda əməliyyat texnologiyalarının (OT) zəifliyini göstərib.

“Seanews.az” xəbər verir ki, üç əsas təhlükəsizlik kəsiri (CVE-2026-2752, 2753 və 2754) müəyyən edilib. Şirkət 2024 və 2025-ci illərdə buraxılmış yenilənmələrlə (v4.14.1.2 və v4.16.2.4) bu problemləri həll edib. İnternetə bağlı olan bütün cihazlar artıq avtomatik olaraq təhlükəsizlik "yamaqları" (patch) ilə təmin edilib.

NavBox naviqasiya və performans sistemləri arasında körpü rolunu oynayır. Bu sistemin sındırılması məlumatların saxtalaşdırılmasına və ya gəminin idarəetmə təhlükəsizliyinə birbaşa təsir göstərə bilər. Ekspertlər gəmi operatorlarına kiber-təhlükəsizliyi artıq sadəcə İT məsələsi deyil, əsas naviqasiya təhlükəsizliyi kimi qəbul etməyi tövsiyə edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır