Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Seysmik aktivlik İkinci Dünya müharibəsindən qalan Yaponiya gəmilərini üzə çıxarıb

İvodzima adası rayonunda seysmik aktivlik  İkinci Dünya müharibəsindən qalan Yaponiya gəmilərini dənizin dibindən qaldırıb.

“Seanews.az”-ın məlumatına görə,  səthdə Yaponiyanın 24 nəqliyyat gəmisinin gövdələrinin bir hissəsini görmək olur.

Yaponiya gəmiləri İvodzima adası uğrunda döyüşlərdə Amerika əsgərləri tərəfindən tutulub, daha sonra adanın qərb hissəsinə köçürülüb və burada onlardan digər gəmiləri qorumaq üçün dalğaqıran kimi istifadə edilib.

1945-ci ildə İvodzima adası uğrunda döyüşlərdə 20 mindən çox yapon əsgəri və təxminən 7000 amerikalı həlak olub.

ABŞ 1968-ci ildə adanı Yaponiyaya qaytarıb və hazırda Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbi bazasıdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır