Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

58 il əvvəl batan gəmi tapılıb

58 il əvvəl yoxa çıxan “USRC Bear” gömrük gəmisi tapılıb. Gəmi Yeni Şotlandiya sahillərində (Kanada), Filadelfiyada yedəkdə körpüyə  aparılarkən batmışdı.

“Seanews.az”-ın məlumatına görə, təxminən iyirmi il idi ki, Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer İdarəsi, ABŞ-ın Sahil  Mühafizəsi və müxtəlif elmi qurumlardan bir qrup tədqiqatçı “USRC Bear” gəmisinin araşdırılması  və axtarışı ilə məşğul idi.

2021-ci il oktyabrın 15-də Bostonda keçirdiyi mətbuat konfransında kontr-admiral Nensi Hann, ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi və Sahil Mühafizəsi adından 1963-cü ildə itkin düşmüş “USRC Bear” gəmisinin  dənizin dibində aşkar edildiyini elan edib.

Gəminin qalıqları Seybl adasından (Yeni Şotlandiya, Kanada) təxminən 90 mil cənubda tapılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır