Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

25 iyun "Dənizçi Günü" kimi qeyd olunur

“Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə təsis olunub. Sərancamala hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramının qeyd edilməsi qərara alınıb.

Bu, bütün Azərbaycan dənizçilərinin gərgin, lakin şərəfli əməyinə dövlət başçısının verdiyi çox yüksək qiymətdir.

Bu gün qurur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanımızın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar.

Azərbaycanda dəniz nəqliyyatının inkişafı Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişafı istiqamətində formalaşdırdığı siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Hər ilin 25 iyun tarixi dünyada da Beynəlxalq Dənizçilər Günü kimi qeyd edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır