Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Bibiheybət buxtası - FOTOLAR

Dünyanın ilk neft quyusu Bibiheybətdə qazıldığı üçün neft qurğuları da bütün yerlərə nisbətən daha tez burada quruldu.

Dənizin dibindən neft çıxarmaq üçün buxtanı qurutmaq lazım idi. 1901-ci ildə Bibiheybət buxtasını qurutma qərarı verildi. 

1910-1911-ci illər. Bibiheybət buxtasını qurutmaq üçün yaradılmış mühəndis qrupu

Polşalı mühəndis Pavel Nikolayeviç Pototski buxtanın doldurulmasına rəhbərlik edirdi. 1918-ci ilə qədər buxta sahəsinin yalnız yarısı dolduruldu, bununla ümumi işin 70% -i tamamlandı.

1911-ci il. Artıq buxtanın yarıdan çoxu qurudulub

Bundan sonra işlər dayandırıldı və unuduldu. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra layihə bərpa edildi.

1920-ci il. Sovet Azərbaycanında buxtanın qurudulması işləri davam etdirilir

1923-cü il fevralın 18-də 17 saylı qurğuda, 460 metr dərinlikdən neft fontan vurdu. Bununla da Xəzərin dibindəki neft yataqlarının kəşf edilməsinə start verildi.

1954-cü il Neft yatağı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır