• Bakı, 2019-11-13,
Seanews
Heyder Eliyev

Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlamasından 6 il ötür

Bakı Gəmiqayırma Zavodunun təməli 19 mart 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulub. 20 sentyabr 2013-cü il tarixində isə Zavodun təntənəli açılış mərasimi keçirilib.

Fəaliyyət göstərdiyi bu 6 il müddətində Zavodda Xəzər hövzəsinin ən müasir tərsanəsi və gəmi təmiri mərkəzi olaraq bir sıra uğurlu layihələrə imza atılib. Burada “28 May” Üzən Dok, “Caspian Drillinq Company” Ltd şirkətinin sifarişi ilə inşa edilən 6-cı nəsil “Heydər Əliyev” yarımdalma qazma qurğusunun pantonları və üst göyərtələri kimi bir neçə böyük layihə reallaşdırılıb.

Zavodun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə də səmərəli tərəfdaşlıq əlaqələri var. Belə ki, indiyədək burada ASCO üçün 3 ədəd “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmisi, bir ədəd "SOCAR-1" yedək gəmisi tikilərək təhvil verilib. Bununla belə, hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi ilə Xəzər akvatoriyasında ilk dəfə olaraq 2 ədəd Ro-Pax və 2 ədəd unikal tanker tipli gəmilərin inşası sürətlə davam etdirilir. 

21 Fevral 2019-cu ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında əlavə iki tankerin tikintisi üzrə yeni müqavilə imzalanıb.

Zavodun ən böyük sifarişi isə “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Sualtı Tikinti Gəmisi 06 Sentyabr 2017 ildə təhvil verilib. 

Eyni zamanda, indiyədək Zavodda 130-a yaxın suüstü təmir və tərsanə təmir işləri həyata keçirilib. Bu müddət ərzində Zavod Təhlükəsizlik və Keyfiyyətə nəzarət standartlarına dair beynəlxalq sertifikarlara layiq görülüb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır