• Bakı, 2019-12-08,
Seanews
Heyder Eliyev

O 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb – V

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) dənizçilərinin 29 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri böyük şücaət və  qəhrəmanlığından bəhs edən “Azadlıqla bitən SOS” adlı sənədli film çəkilib.   İctimaiyyətlə Əlaqələr Departamentinin hazırladığı filmdə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət zamanı dənizçilərimizin nümayiş etdirdiyi yenilməzlik və  qəhrəmanlıqdan ətraflı bəhs olunur. Qeyd edilir ki,  o vaxt dənizçilər sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və sovet əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını almaqda mühüm rol oynayıb. Onlar bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq bir addım belə geri çəkilməyiblər. Filmdə  bildirilir ki, həmin vaxt “Sabit Orucov“ gəmisində qərargah və 7 kapitandan ibarət Kapitanlar Şurası yaradılıb.  Bununla da,  dənizçilərimiz Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etmək məqsədilə SOS siqnalı vermək qərarına gəliblər. Yanvarın 20-si səhər saat 11.30-dan 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan SOS siqnalının ilk mətninin əks sədasını dənizçilər bir saatdan sonra Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlardan alırlar. 50-dən çox ölkənin dənizçisi  radioqramlarla Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını və bu faciənin bütün dünyaya çatdırılmasına kömək edəcəklərini bildirirlər. Bu həm də dünya dənizçilərinin həmrəylik nümayiş etdirdiyi ilk hadisə kimi tarixə düşür. Film 20 Yanvar faciəsinin canlı şahidi olan dənizçilərin fikirləri əsasında hazırlanıb. Filmdə faciə zamanı dənizçilərin göstərdiyi şücaət və qəhrəmanlıqdan, xalqla olan həmrəylindən bəhs olunur. Ümumilikdə sənədli film tutarlı faktlarla zənginliyi ilə seçilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır