• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecində imtahan sessiyası davam edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

Kollecin “Gəmi sürücülüyü”, “Gəmi energetik qurğularının istismarı” və “Elektrik təchizatı” ixtisasları üzrə təhsil alan tələbələri 5 həftə müddətində payız semestrində keçdiklərə dərslərə uyğun imtahan olunacaqlar.  

Sessiyanın təşkili haqqında əmrə əsasən, imtahanlar test üsulu ilə və kompüter vasitəsilə aparılır. Tələbəyə cavablandırması üçün 50 sual verilir. Hər düz sual 1 balla qiymətləndirilir və 4 səhv 1 düz cavabı ləğv edir.

İmtahanlardan sonra hər bir tələbə yekun qiymətini öyrənə bilir. Yekun qiymət test imtahanlarından və dərs vaxtı toplanan balların cəmindən ibarət olur. Qiymətlə razılaşmayan tələbə imtahan bitdikdən sonra 24 saat ərzində ərizə ilə apellyasiya komissiyasının sədrinə müraciət edə bilər. Bu zaman cavablar komissiya tərəfindən yenidən yoxlanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır